Yuxarı
    Bağlamaq

    ​Bu il muzdla işləyənlərin orta əmək haqqı 450 manat olub

    Tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub

    Bakı. 12 may. REPORT.AZ/ 2015-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1507,0 min nəfər olub. Onlardan 879,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 627,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Məlumata görə, muzdla işləyənlərin 22,4%-i təhsildə, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8%-i tikintidə, 4,7%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7%-i informasiya və rabitə sahəsində və 17,7%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.

    2015-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 449,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi