​Bu il Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi açıqlanıb

​Bu il Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi açıqlanıb Ticarət dövriyyəsinin müsbət saldosu isə 2 dəfə azalıb
Maliyyə
13 İyul , 2016 12:04
​Bu il Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bakı. 13 iyul. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8367,5 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 5036,1 milyon dollar, idxalın dəyəri 3331,4 mln. dollar təşkil edib. “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edək ki, ötən ilin beş ayı ilə müqayisədə ümumi xarici ticarət dövriyyəsi 3359,10 mln. dollar yaxud 28,65%, ixrac 2619,7 mln. dollar yaxud 34,22%, idxal isə 736,4 mln. dollar 18,1% azalıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ticarətin müsbət saldosu 1883,3 mln. dollar yaxud 52,49% azalaraq 1704,7 mln. dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi