Bu il AÇG-dən Neft Fonduna 2 mlrd. ABŞ dollarınadək vəsait daxil olub

Bu il AÇG-dən Neft Fonduna 2 mlrd. ABŞ dollarınadək vəsait daxil olub Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 1,983 mlrd. ABŞ dolları daxil olub.
Maliyyə
4 May , 2020 12:56
Bu il AÇG-dən Neft Fonduna 2 mlrd. ABŞ dollarınadək vəsait daxil olub

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 1,983 mlrd. ABŞ dolları daxil olub.

“Report” bu barədə ARDNF-ə istinadən xəbər verir.

Bu məbləğin 112 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

Qeyd edək ki, AÇG-də mənfəət neftinin satışından ARDNF-ə vəsait 2001-ci ildən daxil olur.

Son xəbərlər

Orphus sistemi