​Bu il 11 vergi işçisi vəzifəsindən azad edilib

​Bu il 11 vergi işçisi vəzifəsindən azad edilib 133 əməkdaşa isə şiddətli töhmət verilib
Maliyyə
5 Oktyabr , 2015 15:38
​Bu il 11 vergi işçisi vəzifəsindən azad edilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Vergilər Nazirliyinə “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin pozulması yəni vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti yaxud hərəkətsizliyi ilə əlaqədar 360, korrupsiya hüquqpozmaları ilə əlaqədar 146 şikayət daxil olub. Bu barədə "Report"a Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, həmin şikayətlərin araşdırılması nəticəsində, “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərini pozmuş 11 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilib, 6 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 7 əməkdaş aşağı vəzifəyə keçirilib, 413 əməkdaşa töhmət, 133 əməkdaşa isə şiddətli töhmət verilib.

Hesabat dövrü ərzində bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə 1100 vergi xidməti əməkdaşı korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri mövzusunda treninqlərə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi