Yuxarı

Bu gün BFB-da daha 20 mln. manatlıq istiqraz yerləşdirilib

Emitent bu iki DQİ emissiyası üzrə orta ölçülmüş qiymətləri müvafiq olaraq 94,3604 və 89,4131 səviyyəsində müəyyən edib

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0102012496 ISIN kodlu, tədavül müddəti 182 gün olan 10,0 mln. manat və AZ0104013492 ISIN kodlu, tədavül müddəti 364 gün olan 10,0 mln. manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib.

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, AZ0102012496 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 26,2 mln. manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 10,0 mln. manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 94,3604 (gəlirlilik 12,0854%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 15 noyabr 2016-cı ildir.

Eyni zamanda, AZ0104013492 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 20,2 mln. manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 10,0 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 89,4131 (gəlirlilik 11,9056%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 16 may 2017-ci ildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi