Britaniyalılar "MasterCard"a qarşı 19 mlrd. dollarlıq iddia qaldırıblar

Britaniyalılar "MasterCard"a qarşı 19 mlrd. dollarlıq iddia qaldırıblar İddia 40 mln. britaniyalının hüquqlarını müdafiə edir
Maliyyə
9 Sentyabr , 2016 10:48
Britaniyalılar MasterCarda qarşı 19 mlrd. dollarlıq iddia qaldırıblar

Bakı. 9 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın bir qrup vətəndaşı "MasterCard" ödəniş sisteminə qarşı 14 mlrd. funt sterlinq (18,7 mlrd. ABŞ dolları) məbləğində məhkəmə iddiası qaldırıb. "Report"un "Market Watch"a istinadən verdiyi xəbərə görə, iddianın əsasında Britaniya sakinlərinin son 15 ildə "MasterCard"ın onlardan yüksək komissiya haqqı tutması səbəbindən tələb olunan kompensasiya tələbi durur. Bu, ölkə tarixində ən iri həcmli iddia hesab edilir.

Lüksemburqda yerləşən Avropa Hüquq Məhkəməsi Avropa Komissiyasının 1992-2008-ci illərdə "MasterCard"ın Avropa İttifaqının (Aİ) antiinhisar qanunlarını pozaraq banklararası əməliyyatlarda yüksək komissiya tətbiq etməsi qərarını qəbul edib. Nəticədə, "MasterCard"la aparılan bütün alış-verişlərdə qiymətlərin süni şəkildə artdığı məlum olub.

"Market Watch"a görə, hər dəfə istehlakçı kartla mal aldıqda onun bankı riteyler bankın hesabına komissiya köçürüb. "Ödəniş sistemləri, banklara yüksək komissiya tətbiq etməyə imkan yaradaraq onların kartlarından istifadəni stimullaşdırıb, rəqiblərin kartlarından istifadəsinə mane olub", - deyə Avropa Komissiyası qeyd edib.

Riteyler banklar 15 il ərzində banklararası komissiyaların ödənilməsi səbəbindən ciddi zərər çəkib. Son nəticədə isə yaranan əlavə xərclər istehlakçılardan tutulub. Qeyd edək ki, son 15 ildə 40 mln. britaniyalının zərərə uğradığı bildirilir. "MasterCard" isə öz növbəsində iddia ilə razılaşmadığını və hüquqlarını müdafiə edəcəyini açıqlayıb.

Xatrıladaq ki, "MasterCard" 210 ölkədə 150-dən çox valyuta ilə əməliyyat keçirən ən böyük ödəniş sistemlərindən biridir.

Son xəbərlər

Orphus sistemi