​Britaniya funtu "Brexit" sorğusu nəticəsində kəskin düşüb

​Britaniya funtu "Brexit" sorğusu nəticəsində kəskin düşüb Britaniya funtunun bu ayın sonunadək ucuzlaşması davam edəcək
Maliyyə
6 İyun , 2016 20:23
​Britaniya funtu Brexit sorğusu nəticəsində kəskin düşüb

Bakı. 6 iyun. REPORT.AZ/ Britaniyanın "YouGov" araşdırma şirkətinin 3 500 nəfər arasında keçirdiyi sorğunun nəticələrinə görə Britaniyanın Avropa İttifaqından(Aİ) ayrılmasını istəyənlərin sayı bu təşkilatda qalmaq istəyənləri keçib. 

"Report" xəbər verir ki, sorğuda iştirak edən respondentlərin 45%-i Aİ-dən ayrılmağı dəstəklərkən, 41%-i qalmağı seçib. Nəticədə, britaniya funt sterlinqi iyunun 3-ə ABŞ dolları ilə müqayisədə 1% zəifləyərək 1,4375 səviyyəsinə geriləyib. 

USD/GBP məzənnəsinin tarixi maksimal səviyyəsi 2007-ci il noyabr ayında 2,1161, minimal səviyyəsi isə 2009-cu il yanvar ayında 1,3498 olub. Hazırda məzənnənin minimal səviyyəyə enməsi üçün 6,2% azalması kifayət edəcək.

Britaniyanın "Telegraph" qəzetinin 19 000 nəfər arasında keçirdiyi sorğuda 69% Aİ-dən ayrılmaq lehinə səs verib. Digər iki araşdırma şirkəti - ITV və TNS-in sorğularında ittifaqdan ayrılmaq istəyənlərin sayı qalmaq istəyənləri ötüb. 

Xatırladaq ki, "Brexit" üzrə referendum bu il iyunun 23-də keçiriləcək. Bu tarixə qədər britaniya funtunda ucuzlaşmanın davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi