"Brexit" Britaniya maliyyə sektoruna 1,8 trln. avroya başa gələcək

"Brexit" Britaniya maliyyə sektoruna 1,8 trln. avroya başa gələcək "Brexit"dən ən çox faydalanan şəhərlər isə Paris, Amsterdam və Dublinin olacaq
Maliyyə
8 Fevral , 2017 16:14
Brexit Britaniya maliyyə sektoruna 1,8 trln. avroya başa gələcək

Bakı. 8 fevral. REPORT.AZ/ Böyük Britaniyanın maliyyə sektoru "Brexit" nəticəsində 30 min iş yerinin itirilməsi və 1,8 trln. avro həcmində vəsaitin ölkə banklarından çıxarılması ilə üzləşəcək. 

"Report" "The Guardian" qəzetinə istinadən xəbər verir ki, bu məlumat "Bruegel" analitik mərkəzinin hesabatında əks olunub. 

Hesabatda bildirilir ki, "Brexit" nəticəsində 10 min iş yerinin ixtisarı birbaşa maliyyə sektoruna, qalan 20 mini isə mühasibatlıq, konsaltinq, audit və hüquqi xidmətlər sektorlarına aid olacaq. Bununla yanaşı, hesabatda qeyd olunur ki, Avropanın yeni maliyyə mərkəzinin Londondan sonra Frankfurtun olacağı ehtimal edilir. "Brexit"dən ən çox mənfəət əldə edən şəhərlər isə Paris, Amsterdam və Dublinin olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi