Braziliyada siyasi problemlər maliyyə böhranı yaradıb

Braziliyada siyasi problemlər maliyyə böhranı yaradıb Braziliya ilə yanaşı Türkiyə, Rusiya və CAR-da maliyyə aktivləri ucuzlaşıb
Maliyyə
19 May , 2017 16:17
Braziliyada siyasi problemlər maliyyə böhranı yaradıb

Bakı. 19 may. REPORT.AZ/ Braziliya hakimiyyətində meydana gələn rüşvət skandalları ölkənin maliyyə sistemində böhran vəziyyəti yaradıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bir sıra yüksək vəzifəli məmurun rüşvət alması barədə səs yazılarının ortaya çıxmasından sonra Braziliyanın milli valyutası - real dünən, mayın 18-də ABŞ dolları ilə müqayisədə 7,25% ucuzlaşaraq 3,41 səviyyəsinə geriləyib. Braziliyanın əsas fond birjası indeksi olan "Bovespa" 8,8% , IBOV indeksi isə 10% geriləyib. Rüşvət skandalına adı qarışan JBS şirkətinin səhmləri isə 15% ucuzlaşıb. Kəskin şəkildə düşməyə başlayan fond birjalarında əməliyyatlar dayandırılıb. 

"Citibank"ın analitikləri əməliyyatların başlaması durumunda satışların davam edəcəyini proqnozlaşdırırlar. Qeyd edək ki, inkişaf etməkdə olan ölkələr kateqoriyasına aid olan Braziliyada baş verən böhran bu qrupdakı digər ölkələrə də təsirsiz ötüşməyib. Türkiyə, Rusiya, Cənubi Afrika Respublikası kimi ölkələrin də yerli valyutaları ucuzlaşıb və fond birjaları 2-3% geriləyib.

Son xəbərlər

Orphus sistemi