Braziliya Mərkəzi Bankı maliyyələşdirmə dərəcəsini tarixi minimuma endirib

Braziliya Mərkəzi Bankı maliyyələşdirmə dərəcəsini tarixi minimuma endirib Braziliya Mərkəzi Bankı yenidən maliyyələşdirmə dərəcəsini 0,5 faiz bəndi azaldaraq tarixi minimuma - 5% səviyyəsinə endirib.
Maliyyə
31 Oktyabr , 2019 11:56
Braziliya Mərkəzi Bankı maliyyələşdirmə dərəcəsini tarixi minimuma endirib

Braziliya Mərkəzi Bankı yenidən maliyyələşdirmə dərəcəsini 0,5 faiz bəndi azaldaraq tarixi minimuma - 5% səviyyəsinə endirib.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı tənzimləyicinin Monetar Siyasət Komitəsi qəbul edib.

Mərkəzi Bank yaydığı məlumatda iqtisadiyyatdakı mövcud vəziyyətin inflyasiya üzərində nəzarəti saxlamağa yardım etdiyini və bunun perspektivdə ilin sonuna qədər bu göstəricini yenidən eyni miqdarda azaltmağa imkan verəcəyini vurğulayıb. Komitənin növbəti iclası dekabrın 10-11-nə təyin edilib.

Qeyd edək ki, avqustun 1-dən etibarən Braziliya Mərkəzi Bankı buna qədər il yarım ərzində 6,5% səviyyəsində olan əsas faiz dərəcəsini ardıcıl olaraq aşağı salıb. 

Son xəbərlər

Orphus sistemi