Böyük 7-lik ölkələri telekonfrans keçirəcək

Böyük 7-lik ölkələri telekonfrans keçirəcək Bu gün yüksək inkişaf etmiş 7 ölkənin (Böyük 7-lik) maliyyə nazirləri və mərkəzi bank rəhbərləri arasında telekonfrans keçiriləcək.
Maliyyə
3 İyun , 2020 11:49
Böyük 7-lik ölkələri telekonfrans keçirəcək

Bu gün yüksək inkişaf etmiş 7 ölkənin (Böyük 7-lik) maliyyə nazirləri və mərkəzi bank rəhbərləri arasında telekonfrans keçiriləcək.

“Report” bu barədə Yaponiya mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, görüşdə əsasən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri müzakirə ediləcək. 

Qeyd edək ki, pandemiyanın qlobal iqtisadiyyatda kəskin resesiyaya səbəb olacağı barədə proqnozlardan sonra Böyük 7-lik ölkələrinin rəsmiləri çoxsaylı görüşlər keçirir.

Son xəbərlər

Orphus sistemi