Yuxarı

"Bonus-Malus" sistemi ilə bağlı mənfi halların qarşısını alınacaq

E-imza sisteminin tətbiqi ilə sığorta agentlərinin maxinasiyalarının qarşısı alınacaq

Bakı. 24 iyun. REPORT.AZ/ “Azərbaycanda bəzən sığorta agentləri müştəriləri cəlb etmək məqsədi ilə "Bonus-Malus" sistemi çərçivəsində endirimi olan müştərilərin şəxsiyyət vəsiqəsinin PİN-kodundan yeni müqavilələrin bağlanmasında istifadə edirlər". “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərinə görə, bu cür maxinasiyalar nəticəsində bəzən eyni adamım PİN-kodu ilə 50-100 müştəriyə icbari sığorta məhsulunun satıldığı üzə çıxır: “Bu cür hallar sığorta hadisəsi baş verən zaman aşkara çıxır. Məlum olur ki, endirimi olan adamın şəxsiyyət vəsiqəsinin PİN-kodundan istifadə olunur". 

"E-imza"nın tətbiqindən sonra isə bu halların qarşısı alınacaq. Çünki biz artıq avtomatik qaydada, elektron üsulla PİN-kodu əldə edə biləcəyik", - deyə E.Quliyev qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi