BMT sülhməramlı missiyaların maliyyələşməsini azaldır

BMT sülhməramlı missiyaların maliyyələşməsini azaldır Bu il həyata keçiriləcək 14 missiyanın maliyyələşməsinə 600 mln. dollar az vəsait ayrılıb
Maliyyə
1 İyul , 2017 16:52
BMT sülhməramlı missiyaların maliyyələşməsini azaldır

Bakı. 1 iyul. REPORT.AZ/ BMT sülhməramlı missiyaların həyata keçirilməsinə ayrılan maliyyə vəsaitlərinin azaldılmasına dair qərar qəbul edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, BMT Baş Assambleyasının təsdiq etdiyi müvafiq sənədə əsasən, cari maliyyə ilində dünya üzrə həyata keçiriləcək 14 missiyanın maliyyələşməsinə toplam olaraq 7,3 mlrd. ABŞ dollarının xərclənməsi nəzərdə tutulur. Bu isə əvvəlki ilin büdcəsinə nisbətən 600 mln. dollar və ya 7,6% azdır.

Qeyd edək ki, bundan öncə ABŞ Konqresində BMT-nin maliyyəşməsinin dayandırılmasına dair təkliflər səsləndirilib.

Son xəbərlər

Orphus sistemi