Maliyyə Bazarlarına Nəzarət Palatasında
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov nümayəndə heyətini salamlayaraq Azərbaycanda maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, Bazel standartlarının tətbiqi üzrə reallaşdırılan maliyyə islahatları barədə ətraflı məlumat verərək ölkənin bank, sığorta və qiymətli kağızlar bazarının hazırkı vəziyyəti, maliyyə bazarlarının aparıcı komponentləri kimi bu sferalarda əldə olunan irəliləyişlər haqda bir çox məqamları diqqətə çatdırıb. Ölkədə maliyyə sektorunda izlənilən islahatyönümlü tendensiyanın beynəlxalq arenada yüksək qiymətləndirildiyi bunun nəticəsi olaraq, “Doing Business 2019” hesabatında ölkəmizin kreditlərin əlçatanlığı indikatoru üzrə 122-ci yerdən 100 pillə irəliləyərək 22-ci pilləyə yüksəlib, kredit məlumatlarının əhatəliliyi indeksi üzrə 8 mümkün baldan 8 bal toplayaraq 10 ən islahatçı ölkə sırasına daxil olması vurğulanıb.
Daha sonra əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə Prezident
Öz növbəsində, BMT rəsmisi ölkədə həyata keçirilən iqtisadi və sosial islahatların təmsil etdiyi təşkilat tərəfindən yüksək qiymətləndirildiyini bildirərək, ölkədə yeni iş yerlərinin yaradılmasının, maliyyə sahəsində mütəmadi islahatların həyata keçirilməsinin dövlətimizin prioritet hədəflərindən olmasından, qısa zaman kəsiyində maliyyə sektorunda əldə edilən stabilliklə bağlı məmnunluğunu ifadə edib. Q.İsakzai həmçinin problemli kreditlərlə bağlı məlum Fərmanın BMT tərəfindən yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb.
Eyni zamanda görüş zamanı Palatanın beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsindən, ümumilikdə 49 beynəlxalq təşkilat və maliyyə nəzarəti orqanları ilə məhsuldar əlaqələrin qurulmasından, qlobal maliyyə bazarlarında tətbiq olunan beynəlxalq təcrübələrin ölkəmizə inteqrasiyasının Palatanın əsas hədəflərindən biri olmasından danışılıb. Bununla əlaqədar, Palatanın BMT tərəfindən bir çox ölkələrdə həyata keçirilən maliyyə inklüzivliyi, maliyyə savadlılığının artırılması və maliyyə şəffaflığı layihələrindən yararlanmaqda maraqlı olduğu nəzərə çatdırılıb.