"​Bloomberg": Rusiyada büdcə kəsiri 2020-ci ilədək davam edəcək

"​Bloomberg": Rusiyada büdcə kəsiri 2020-ci ilədək davam edəcək Ekspertlərin fikrincə, iqtisadi stimullaşdırma maliyyə sistemində sabitliyi poza bilər
Maliyyə
6 May , 2016 19:41
​Bloomberg: Rusiyada büdcə kəsiri 2020-ci ilədək davam edəcək

Bakı. 6 may. REPORT.AZ/ Rusiya hökuməti 2020-ci ilə qədər büdcə kəsirindən qurtula bilməyəcək. "Report"un "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Agentliyin 28 analitik arasında apardığı sorğuya əsasən, 23 analitik bu fikiri dəstəkləyib, 4 analitik isə gəlirlərin ancaq 2025-ci ildən sonra xərcləri örtəcəyini bildirib. 

İqtisadçılar hesab edirlər ki, Rusiya iqtisadiyyatının stimullaşdırılması üçün iqtisadi islahatların keçirilməsi zəruridir. "Promsvyazbank"ın analitiki Sergey Narkeviç "Bloomberg"ə verdiyi müsahibədə "genişmiqyaslı verg-büdcə stimullaşdırması qısamüddətli iqtisadi artımı sürətləndirmədə effektiv olsa da, uzunmüddətli perspektivdə iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir" deyə bildirib. Onun sözlərinə görə, əksinə, belə siyasət büdcə və maliyyə sisteminin sabitliyinin pozulmasına gətirib çıxara bilər.

Qeyd edək ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi bir neçə gün öncə keçirdiyi iclasda 2019-cu ilə qədər neftin orta illik qiymətini baza ssenarisində 40 dollar/barel, konservativ ssenaridə isə 2016-cı il üçün 25 dollar/barel, 2019-cu ilə qədər isə 35 dollar/barel şəklində yeniləyib.

Son xəbərlər

Orphus sistemi