Yuxarı

Bitkoinin qiyməti 7 000 dollardan da aşağı düşüb

Bitkoinin qiyməti 7 000 dollardan da aşağı düşüb
Bu kriptovalyuta bazarının kapitallaşması ötən ilin noyabrından bəri ən aşağı həddə düşüb

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Asiyanın kriptovalyuta bazarlarında bitkoinin qiyməti 7 000 dollardan da aşağı düşüb. 

"Report" xəbər verir ki, hazırda bitkoin 6 800 dollara satılır. 

Bununla yanaşı, altkoinlərin də qiyməti azalıb və nəticədə bazarın məcmu kapitallaşması ötən il noyabrın 24-dən bəri ən aşağı həddə - 249 mlrd. ABŞ dollarına düşüb. Bu, indiyə qədər qeydə alınmış rekord həddən (bu il yanvarın 7-də 834 mlrd. dollar olub) 585 mlrd. dollar və yaxud 70% azdır.

"Report"un analitik qrupu bildirir ki, kriptovalyuta bazarında ucuzlaşmaya səbəb qlobal miqyasda tənzimləyici qurumların bazara təzyiq göstərməsi, həmçinin sosial media təşkilatlarının bazardan uzaqlaşmasıdır. Sosial xəbər saytı "Reddit" bitkoinlə ödənişlərdən imtina etdiyini, "Twitter", "Facebook" və "Google" kriptovalyutaların ilkin yerləşdirilməsini (ICO) reklam etməyəcəklərini bildirib.

"TF Global Martkets" şirkətinin baş analitiki Naem Aslam (Naeem Aslam) bildirib ki, bitkoin satış təzyiqi ilə üzləşib və bərpa olunma şansı çox azdır: "Texnologiya nəhənglərinin ICO qadağaları bunda əsas rol oynayıb".

"Report"un analitik qrupu isə hesab eidr ki, kriptovalyuta bazarı bundan sonra bərpa olunacaq və yay aylarının sonuna qədər növbəti rekord kapitallaşma həddi qeydə alınacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi