Bitkoinin qiyməti 7 000 dollar həddini ötüb

Bitkoinin qiyməti 7 000 dollar həddini ötüb Bitkoin tənzimlənən ticarət meydançalarına daxil olur
Maliyyə
2 Noyabr , 2017 14:56
Bitkoinin qiyməti 7 000 dollar həddini ötüb
Sputnik/ Vladimir Astapkovich

Bakı. 2 noyabr. REPORT.AZ/ Qlobal bazarda aparacı virtual kriptovalyuta sayılan bitkoinin qiyməti bu gün 7 000 ABŞ dolları həddini ötüb.

"Report" xəbər verir ki, bununla da bitkoinin qiyməti ilin əvvəlindən 7 dəfə bahalaşıb. Qeyd edək ki, cari qiymətlərlə bitkoinin kapitallaşması 100 mlrd. ABŞ dollarını ötüb və dünyanın aparıcı şirkətlərinin analoji göstəricisinə çatıb.

Bitkoinin bahalaşmasına səbəb dünyanın əsas ticarət meydançalarından biri olan "CME Group" yaxın zamanlarda bitkoinlə fyuçers əməliyyatlarına başlayacağını açıqlaması amili olub. Bu addımdan sonra bitkoin artıq tənzimlənən maliyyə aləti olacaq. Nəticədə institusional investorların bitkoinlə ticarət etməsi asanlaşacaq. 

Son xəbərlər

Orphus sistemi