Bitkoinin qiyməti 6 000 dollara düşüb

Bitkoinin qiyməti 6 000 dollara düşüb Proqnoz: Kriptovalyutaların qiymətində yenidən artım gözlənilir
Maliyyə
6 Fevral , 2018 09:51
Bitkoinin qiyməti 6 000 dollara düşüb

Bakı. 6 fevral. REPORT.AZ/ Bitkoinin qiyməti bu gün səhər saatlarında 6 017 dollara qədər geriləyib. 

"Report" "Binance.com" kriptovalyuta birjasına istinadən xəbər verir ki, bu, 2017-ci ilin oktyabrın 29-dan sonra ən minimal həddir. Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması da 278 mlrd. dollara qədər geriləyib.

Nəticədə, bitkoin tarixi rekord səviyyəsindən 3,3 dəfə və ya 70%, kriptovalyuta bazarının kapitallaşması isə 554 mlrd. dollar və ya 66% ucuzlaşıb.

"Report"un analitik qrupu bu səviyyələrdən kriptovalyutaların bahalaşmağa başlayacağını, 277 mlrd. dollar kapitallaşma səviyyəsindən aşağı endiyi halda isə kriptovalyuta bazarında böhran yaşanacağını, təşviş başlayacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi