Yuxarı
    Bağlamaq

    Bitkoinin qiyməti 2100 dollara çatıb

    Bitkoin bazarının kapitallaşması 34 mlrd. dolları ötüb

    Bakı. 22 may. REPORT.AZ/ Bitkoinin dünya birjalarında satış qiyməti bu gün, mayın 22-də tarixi rekord həddə - 2 100 ABŞ dollarına çatıb. "Report" xəbər verir ki, bitkoinin qiyməti hazırda mayın 19-u ilə müqayisədə 102 dollar və ya 5,1% artıb. 

    Bitkoinin qiymətinin artmasına səbəb kimi qlobal siyasi qeyri-müəyyənlik göstərilir. Yaponiya və Cənubi Koreyada bitkoinə yaranan tələbat kriptovalyutanın qiymətini tarixi rekord həddə çatdırıb. Qeyd edək ki, bir qədər əvvəl Yaponiya hökuməti bitkoinin qanuni ödəniş vasitəsi kimi istifadəsinə icazə verib. Bu da öz növbəsində bitkoinlə əməliyyatların həcmini artırıb. 

    Xatırladaq ki, hazırda bitkoin bazarının kapitallaşması 34,15 mlrd. ABŞ dollarına yüksəlib. Müqayisə üçün xatırladaq ki, bitkoin bazarının kapitallaşması aprel ayının 25-nə 20,6 mlrd. dollar təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi