Bitkoinin bahalaşmasının səbəbi məlum olub

Bitkoinin bahalaşmasının səbəbi məlum olub Bitkoinin qiyməti yenidən 10 min dollardan aşağı düşüb
Maliyyə
16 Fevral , 2018 11:09

Bakı. 16 fevral. REPORT.AZ/ Qlobal bazarda "Bitcoin"in (BTC) qiymətinin 10 min dollar hədiini ötməsinin səbəbi investorlardan birinin 9-12 fevral tarixləri arasında orta qiyməti təxminən 8 330 dollar olmaqla 344 mln. dollarlıq, yəni 41 294 BTC alması faktı olub.

"Report" xəbər verir ki, "Bitinfocharts" kriptovalyuta informasiya agentliyinin məlumatına görə, hazırda bu investorun 900 mln. dollar dəyərində 96 651 BTC-i var. "Stockboardasset" kritovalyuta bazarı saytının məlumatına görə, hazırda bu investor BTC sayına görə 3-cü yerdə qərarlaşıb. İlk sıranı 167 203 BTC (1,56 mlrd. dollar), ikinci sıranı 161 340 BTC (1,5 mlrd. dollar) olan investorlar tutur.

Qeyd edək ki, hazırda BTC-nin qiyməti 9 850 dollar təşkil edir.

Xatırladaq ki, ötən gecə bitkoinin qiyməti 2 həftəlik fasilədən sonra yenidən 10 min dollar həddini keçib. Fevralın 1-də 10 min dollara satılan bitkoin daha sonra, fevralın 6-da 6 min dollara qədər gerilədikdən sonra yenidən bahalaşmağa başlayıb. Başqa sözlə, son 10 gündə bitkoin 70%-ə yaxın bahalaşıb.

Bitkoinin qiymətinin artması kriptovalyuta bazarının məcmu kapitallaşmasının da 480 mlrd. dollara qədər yüksəlməsinə səbəb olub. Qeyd edək ki, fevralın 6-da bazarın kapitallaşması 280 mlrd. dollara qədər geriləyib. Bu, yanvarın 8-də müşahidə olunan 832 mlrd. dollarlıq tarixi rekord səviyyədən 3 dəfə aşağı səviyyədir.

Hazırda bitkoinin kriptovalyuta bazarında kapitallaşmasına görə xüsusi çəkisi 35,6% təşkil edir. Qlobal bazarda 1 541 kriptovalyuta, 8 894 birja fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi