Bitkoin bir günə 13% bahalaşıb

Bitkoin bir günə 13% bahalaşıb Hazırda kriptovalyutanın qiyməti 8 min dollardan yüksəkdir
Maliyyə
13 Aprel , 2018 17:21
Bitkoin bir günə 13% bahalaşıb

Bakı. 13 aprel. REPORT.AZ/ Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoin bahalaşmağa başlayıb. 

“Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, təkcə ötən gün onun qiyməti 13% artıb. 

Hazırda bitkoin 8 050 ABŞ dollarına alınıb-satılır. Bitkoinin kapitallaşması isə 20 mlrd. dollar artaraq 137 mlrd. dollara çatıb. 

“CoinDesk” nəşri yazır ki, bitkoinin qiyməti yaxın vaxtlarda 8 500 dollara çata və onu keçə bilər. Bununla yanaşı, onun yenidən 7 600 dollara qədər ucuzlaşması da mümkündür. 

"Kriptovalyuta bazarında sabitlikdən danışmaq mümkün deyil. Bazar yenə də qeyri-sabit olaraq qalır. Bitkoinlə ticarətin həcminin son günlər 2 dəfə artması (5,5 mlrd. dollardan 9,9 mlrd. dollara çatması) onu deməyə əsas verir ki, qısamüddətli perspektivdə qiymət artımı davam edəcək. Əgər bitkoinin məzənnəsi həftəsonuna 7 min dolların üstündə möhkəmlənərsə, onun uzunmüddətli perspektivdə də bahalaşacağını demək olar", - deyə analitiklər bildiriblər. 

İngilis versiyası Bitcoin soars 13% in day

Son xəbərlər

Orphus sistemi