"Bitcoin"in volatilliyi digər bazarları da yoluxdurur

"Bitcoin"in volatilliyi digər bazarları da yoluxdurur Bakı. 26 dekabr. REPORT.AZ/ Bitcoinin əsas xüsusiyyətlərindən biri olan yüksək volatilliyə kriptovalyuta bazarının iştirakçıları ilə bərabər digər maliyyə bazarlarının oyunçuları da öyrəşməlidir.
Maliyyə
26 Dekabr , 2017 18:09
Bitcoinin volatilliyi digər bazarları da yoluxdurur

Bakı. 26 dekabr. REPORT.AZ/ "Bitcoin"in əsas xüsusiyyətlərindən biri olan yüksək volatilliyə kriptovalyuta bazarının iştirakçıları ilə bərabər digər maliyyə bazarlarının oyunçuları da öyrəşməlidir".

"Report" "Expert.ru" saytına istinadən xəbər verir ki, bunu Yaponiyanın "Nomura" broker-investisiya şirkətinin analitiki Cordan Roçester (Jordan Rochester) deyib.

C.Roçester qeyd edib ki, "bitcoin" xəstəliyinə dünyanın müxtəlif yerlərində minlərlə maliyyəçi və möhtəkirlər yoluxub. Onun əsas bazarı isə Asiyada - Yaponiya, Çin və Cənubi Koreyada tüğyan edir. Ekspertin fikrincə, bitkoin və s. rəqəmsal valyutalar həmçinin digər bazarlar üçün də yoluxucudur. Bitkoin qarşısında ən həssas sahələr energetika bazarı və kömür sektorudur. Belə ki, bitkoinin 50%-dən çox hissəsi Çində hasil edilir (mayninq olunur). Çin isə dünyanın əsas kömür hasilatçısı və istehlakçısıdır. Bu ölkədə elektrik enerjisi, əsasən, kömürdən istehsal olunur. Mayninq isə xeyli miqdarda elektrik enerjisi tələb edir. Xatırladaq ki, bitkoinin mayninqi zamanı istehlak edilən elektrik enerjisinin həcmi artıq Danimarka kimi ölkənin istehlak həcmini ötüb. Mütəxəssislər isə bu hadisənin 2020-ci ildə baş verəcəyini gözləyirdilər.

C.Roçester həmçinin qeyd edib ki, bitkoinin volatilliyi Asiya maliyyə bazarlarına ciddi təsir edə bilər. Belə ki, dünya bitkoin ticarətinin yarısı Yaponiyanın payına düşür. Asiya maliyyə bazarlarının bitkoinə hansı mərhələdə daha həssas olacağı isə bilinmir.

Son xəbərlər

Orphus sistemi