Birja üzvlərinin ticarət əməliyyatlarında iştirak edəcək yeni səlahiyyətli treyderlər təyin olunub

Birja üzvlərinin ticarət əməliyyatlarında iştirak edəcək yeni səlahiyyətli treyderlər təyin olunub ​Bakı Fond Birjasının 6 üzvünün ümumilikdə 14 treyderi akkreditasiyadan keçib
Maliyyə
24 Fevral , 2017 17:51
Birja üzvlərinin ticarət əməliyyatlarında iştirak edəcək yeni səlahiyyətli treyderlər təyin olunub

Bakı. 24 fevral. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) birja üzvlərinin adından BFB-də səlahiyyətli treyder olacaq yeni namizədlərinin növbəti akkreditasiyası təşkil edilib. Akkreditasiyanı müvəffəqiyyətlə başa vurmuş namizədlərə BFB-də treyder fəaliyyətinin həyata keçirilməsi üçün treyder şəhatədnamələri təqdim edilib.

"Report"un birjaya istinadən verdiyi xəbərə görə, beləliklə, Bakı Fond Birjasının 6 üzvünün ümumilikdə 14 treyderi akkreditasiyadan keçib və onlara birja üzvünün adından BFB-də ticarətdə iştirak etmək hüququ verilib.

BFB-də treyderlərin akkreditasiyasının məqsədi, birja üzvü adından birjada ticarətdə iştirak edəcək şəxslərin bilik və bacarıqlarının müvafiq funksiyalara uyğunluğunu müəyyən etmək, o cümlədən səlahiyyətli treyderlərin BFB-də ticarətdə iştirakı üçün zəruri nəzəri və praktiki biliklərə sahib olmasını təmin etməkdir. Eyni zamanda, bu məqsədlə mütəmadi olaraq Kapital Bazarı üzrə Təlim Mərkəzi və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə birja üzvlərinin səlahiyyətli treyderləri üçün müvafiq peşəkar təlimlər təşkil edilir.

Son xəbərlər

Orphus sistemi