BFB-də ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib

BFB-də ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib Hərraca çıxarılan istiqrazların nominal qiymətlə həcmi 10 000 000 manat olub
Maliyyə
4 May , 2017 19:28
BFB-də ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC-nin faizli adlı sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. 

Fondan "Report"a daxil olan məlumata görə, hərrraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2015008686) nominal qiymətlə həcmi 10 000 000 manat təşkil edib. 

Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən, saat 11:00-dan 12:30-dək həyata keçirilib. İsiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1,002.33 AZN təyin edilib.

İsiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 10,040,000 AZN təşkil edib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib. Yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir.

İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-cı ildir.

Son xəbərlər

Orphus sistemi