Yuxarı
    Bağlamaq

    Beynəlxalq Valyuta Fondu bu il Azərbaycan üçün yeni iqtisadi artım və inflyasiya proqnozunu açıqlayıb - ƏLAVƏ OLUNUB

    Bu barədə qurumun “World Economic Outlook 2018” hesabatında deyilir
    © AFP 2017/ MANDEL NGAN

    İlk xəbər saat 12:15-də verilib

    Bakı. 18 aprel. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda 2%-lik iqtisadi artım olacaq. 

    “Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “World Economic Outlook 2018” hesabatında deyilir. 

    Qeyd edək ki, bu, qurumun ötən ilin oktyabr ayında verdiyi proqnozdan 0,7 faiz bəndi çoxdur. 

    IMF hesab edir ki, 2019-cu ildə isə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,9% artacaq, inflyasiyanın səviyyəsi isə bu il 7%, gələn il isə 6% olacaq. 

    *** 

    "2017-ci ildə Azərbaycanda istehlak qiymətləri 13% artıb. 2023-cü il üçün isə bu rəqəm 4% olacaq. Həmin il Azərbaycanda real ÜDM artımı 2,3%-ə çatacaq. 2017-ci ildə isə bu rəqəm 0,1% olub”, - deyə qurum bəyan edib.

    Xatırladaq ki, IMF-nin oktyabr hesabatında 2017-ci il üçün qiymət artımı tempi 10%, 2018-ci il üçün 7%, 2019-cu il üçün isə 5% göstərilmişdi.

    Dünyanın bir nömrəli maliyyə institutu Azərbaycanda işsizliyin səviyyəsinin 2018-2019-cu illərdə 5% həddində qalacağını da açıqlayıb. 2017-ci il üçün də proqnoz bu qədər olub. 

    “Ötən il Azərbaycanın cari balans hesabında artım 3,5% olduğu halda, bu il 5,6% olacaq. Həmin göstərici 2019-cu ildə 7%, 2023-cü ildə isə 7,2% təşkil edəcək", - deyə hesabatda bildirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi