Yuxarı
    Bağlamaq

    Beynəlxalq Sığorta Şirkəti İddialar departamentinin yerini dəyişib

    Sığorta hadisələri ilə bağlı müraciətlər şirkətin baş ofisində qəbul edilir

    Bakı. 8 sentyabr. REPORT.AZ/ "Beynəlxalq Sığorta Şirkəti" ASC (BSŞ) Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, 17/26 ünvanındakı (metronun "Xətai" stansiyasının yaxınlığındakı) İddialar departamentinin yerini dəyişib.

    Bu barədə "Report"a şirkətdən bildirilib.

    Məlumata görə, hazırda departament BSŞ-nin baş ofisində, Cəfər Cabbarlı küçəsi, 56 ünvanında yerləşir. Sığorta hadisələri ilə bağlı müraciətlər də burada qəbul edilir. Yerdəyişmə şirkətin xərclərinin optimallaşdırılması çərçivəsində həyata keçirilib.

    Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1 480 səhm əsasında formalaşıb. Səhmlər 100% Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsusdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi