​Beynəlxalq Sığorta Şirkəti 2015-ci ilin nəticələrini açıqlayıb

​Beynəlxalq Sığorta Şirkəti 2015-ci ilin nəticələrini açıqlayıb Xarici iqtisadi konyunkturun mənfi təsirləri fonunda Şirkət ötən ili mənfəətlə başa vurub
Maliyyə
19 Yanvar , 2016 13:04
​Beynəlxalq Sığorta Şirkəti 2015-ci ilin nəticələrini açıqlayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən ilin yekunlarına görə Beynəlxalq Sığorta Şirkəti 1 mln. manatdan artıq xalis mənfəət əldə edib. Bu barədə "Report"a şirkətin baş ofisindən məlumat verilib.

Məlumata görə, mənfəət sığorta haqları üzrə ümumi yığımın 11 mln. manat həddində olması fonunda əldə edilib.

Qeyd edək ki, Beynəlxalq Sığorta Şirkəti 2015-ci ildə xarici iqtisadi konyunkturun mənfi təsirlərinə baxmayaraq, ildə 1 mln. manat həddində xalis mənfəət əldə olunması ənənəsinə sadiq qalıb.

Son xəbərlər

Orphus sistemi