Yuxarı

"BelAZ" yük maşınlarını kriptovalyuta ilə satacaq

"BelAZ" yük maşınlarını kriptovalyuta ilə satacaq 1097

Bakı. 10 yanvar. REPORT.AZ/ Dünyanın ən nəhəng karxana yük maşınlarının istehsalçısı olan Belarusun "BelAZ" şirkəti məhsullarını kriptovalyuta ilə satacağını bildirib.

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə Şirkətin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, "BelAZ" 11-30 yanvar tarixlərində öz məhsullarını kriptovalyuta ilə satmağı təklif edir: "Bitkoin dövlət və bank mərkəzləri ilə əlaqədə deyil. Onunla interneti olan hər kəs hesablaşa bilər".

Xatırladaq ki, "BelAZ" kriptovalyuta ilə məhsullarını satışa çıxaran ilk nəhəng şirkətdir. Ötən ay Belarus hökuməti rəsmi olaraq kriptovalyuta ilə istənilən əməliyyatlara icazə verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi