Belarus Rusiya rublundan imtina edir

Belarus Rusiya rublundan imtina edir Belarus artıq yeni aydan Rusiya rublunu qızıl-valyuta ehtiyatlarının tərkibində nəzərə almayacaq
Maliyyə
14 İyun , 2017 15:43
Belarus Rusiya rublundan imtina edir

Bakı. 14 iyun. REPORT.AZ/ Belarus Milli Bankı (BMB, Mərkəzi Bank) iyul ayının 1-dən etibarən Rusiya rublunu özünün qızıl-valyuta ehtiyatlarının tərkibində nəzərə almayacaq. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, BMB hesablaşmalarda tam olaraq beynəlxalq standartlara keçməyi planlaşdırır.

Xatırladaq ki, bank 2004-cü ildən ehtiyatlarının həcmini açıqlamağa başlayıb. Bu zaman 2 fərqli metoddan istifadə edilib. Bunlardan biri Beynəlxalq Valyuta Fondunun (IMF), digəri isə milli standartlar əsasında hazırlanıb. Vahid hesablaşma göstəricisinə keçmək qərarına isə Mərkəzi Bank IMF və Dünya Bankı ilə apardığı məsləhətləşmələrdən sonra gəlib.

Son xəbərlər

Orphus sistemi