​Belarus dövlət banklarının özəlləşdirilməsinə başlayır

​Belarus dövlət banklarının özəlləşdirilməsinə başlayır Artıq bununla bağlı EBRD ilə razılıq əldə olunub
Maliyyə
12 May , 2015 14:24
​Belarus dövlət banklarının özəlləşdirilməsinə başlayır

Bakı. 12 may. REPORT.AZ/ Avrova Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Belarus hökuməti bu ölkənin dövlət banklarının özəlləşdirilməsi ilə bağlı razılığa gəlib. EBRD-nin mərkəzi ofisindən "Report"a verilən məlumata görə, bu razılaşma dövlətin bank sistemi ilə bağlı əldə etdiyi ilk razılaşmadır.

Anlaşma memorandumu mayın 13-də EBRD-nin Tbilisidə keçiriləcək illik toplantısı zamanı Belarusun baş nazirinin müavini Vladimir Semaşko və EBRD-nin birinci vitse-prezidenti Fil Bennet (Phill Bennet) tərəfindən imzalanacaq.

Əldə edilən razılaşmaya görə, ölkənin dördüncü böyük bankı olan "Belinvestbank"ın 2020-ci ildən özəlləşdirilməsinə başlanılacaq.

Son xəbərlər

Orphus sistemi