“Başak İnam Sığorta”nın öhdəlikləri qiymətləndirilir

“Başak İnam Sığorta”nın öhdəlikləri qiymətləndirilir Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ötən həftənin sonu lisenziyasını ləğv etdiyi şirkətin inzibatçısı məlum olub
Maliyyə
9 Oktyabr , 2017 10:20
“Başak İnam Sığorta”nın öhdəlikləri qiymətləndirilir

Bakı. 9 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ötən həftənin sonu lisenziyasını ləğv etdiyi “Başak İnam Sığorta” ASC-nin inzibatçısı məlum olub.

Şirkətdən “Report”a verilən məlumata görə, bu, palatanın əməkdaşı Aqşin Əlizadədir.

“Hazırda inzibatçının iştirakı ilə “Başak İnam Sığorta”nın öhdəlikləri qiymətləndirilir. Bu öhdəliklərin digər sığorta şirkətinə ötürülüb-ötürülməyəcəyi hələ ki, məlum deyil. Bununla belə, “Başak İnam Sığorta”nın öhdəliklərini yerinə yetirmək üçün maliyyə imkanları var. Onun maliyyə vəziyyəti bundan əvvəl bağlanmış digər sığorta şirkətləri ilə müqayisədə pis deyil”, - deyə “Başak İnam Sığorta”dan bildirilib.

Xatırladaq ki, “Başak İnam Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğv prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

“Başak İnam Sığorta” bazarı tərk etmək üçün MBNP-yə bu ilin əvvəlində müraciət edib. Palata şirkətin 2017-ci ildə təqdim etdiyi hesabatlara əsasən, onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasını nəzərə alaraq lisenziyanın ləğv edilməsinə razılıq verib. Amma bununla bağlı yekun qərar oktyabrın 6-da qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi