Baş Şirvan Kollektorunun İstismarı İdarəsi səmərəsiz xərcə yol verib

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi səmərəsiz xərcə yol verib Hesablama Palatası 2015-2016 illərdə dövlət büdcəsindən İdarəyə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı audit keçirib
Maliyyə
17 İyul , 2017 17:27
Baş Şirvan Kollektorunun İstismarı İdarəsi səmərəsiz xərcə yol verib

Bakı. 17 iyul. REPORT.AZ/ "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Baş Şirvan Kollektorunun İstismarı İdarəsi texnika və işçi qüvvəsinin potensialını düzgün qiymətləndirməyib.

“Report” bu barədə 2015-2016-cı illərdə İdarəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı Hesablama Palatası tərəfindən keçirilmiş auditin nəticələrinə istinadən xəbər verir.  

ASC tərəfindən İdarənin istismar tədbirləri planı təsdiq edilərkən İdarənin texnika və işçi qüvvəsinin potensialının düzgün qiymətləndirilməməsi nəticəsində yerinə yetirilmiş lildən təmizləmə işləri 2015-ci ildə 72,5%-i, 2016-cı ildə 73,9%-i İdarənin öz gücü ilə icra edilib, qalan 2015-ci ildə 27,5%-i, 2016-cı ildə isə 26,1%-i podrat müqavilələrlə yerinə yetirilib. İdarənin texnika və işçi qüvvəsindən tam istifadə edilməyib və boşdayanmalara yol verilib.

İdarə tərəfindən büdcə layihəsinə təkliflər hazırlanarkən xərclərə olan tələbat dəqiq hesablamalara əsasən tərtib edilməyib, 2015-ci ildə İdarə qazla təchiz olunmadığı halda “Qaz haqqının ödənilməsi” paraqrafı üzrə vəsait nəzərdə tutulub, müvafiq illər üzrə ilin əvvəlinə olan anbar qalıqları nəzərə alınmayıb, yanacaq və sürtkü materiallarının sərfi üzrə nəqliyyat vasitələrinin marşrut və manevr xətləri müəyyənləşdirilməyib, nəqliyyat vasitələrinə artıq ehtiyat hissələri silinib.

Auditlə əhatə olunan dövrdə təchizatçı tərəfindən meliorativ nasos stansiyasının enerji təchizatında sərhəd mənsubiyyətinə qədər enerji itkilərinin müqavilə şərtlərinə zidd olaraq İdarənin sayğac göstəricisinə əlavə edilməsi hesabına enerji itkisi hesablanıb, "Sudan istifadə Qaydaları"nın tələblərinə əməl edilmədiyindən isə artıq su haqqı üzrə səmərəsiz xərcə yol verilib.

Auditlə ümumilikdə 6 744,9 min manat məbləğində vəsait əhatə olunub.

Son xəbərlər

Orphus sistemi