Bankların birləşməsi ilə bağlı məhkəmə prosesi yenidən təxirə salınıb

Bankların birləşməsi ilə bağlı məhkəmə prosesi yenidən təxirə salınıb Proses artıq 3 dəfə təxirə salınıb
Maliyyə
26 Aprel , 2016 17:10
Bankların birləşməsi ilə bağlı məhkəmə prosesi yenidən təxirə salınıb

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Apellyasiya Məhkəməsində ləğv olunmuş "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərinin birləşməsi ilə bağlı qərara baxılmalı olsa da, məhkəmə iclası may ayına kimi təxirə salınıb. "Report"un verdiyi xəbərə görə, məhkəmə prosesi mayın 10-da baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl də iddiaçı olan Mərkəzi Bankın bəzi funksiyalarının Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsi ilə bağlı aprelin 15-də baş tutmalı olan Apellyasiya Məhkəməsinin iclası aprelin 26-na təxirə salınmışdı.

"Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin birləşməsi şərti ilə "Atrabank"ın lisenziyasının bərpasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən razılıq verilsə də, Mərkəzi Bank bu qərardan apellyasiya şikayəti verib.

Yeni bank "Atrabank" brendi altında fəaliyyət göstərəcək. Məlumata əsasən, yeni bankın kapitalı hər iki bankın kapitalının cəmindən ibarət olacaq və 60 mln. manat təşkil edəcək.

Qeyd edək ki, AMB-nin göstəricisi bankların öz hesabatlarında təqdim olunan rəqəmlərdən xeyli az olub. Belə ki, 2016-cı il yanvarın 1-nə təkcə "Qafqaz İnkişaf Bankı"nın məcmu kapitalı 59,8 mln. manat, nizamnamə kapitalı 57,0 mln. manat təşkil edib.

Xatırlıdaq ki, AMB-nin İdarə Heyətinin 2016-cı il 27 yanvar tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” və “Atrabank” ASC-lərin bank lisenziyaları ləğv edilib. Lisenziyalarının ləğvindən sonra banklar birləşmə haqqında niyyət protokulu imzalayıb. Əvvəlcə həmin birləşmədə "Günaybank"ın da iştirakı gözlənilsə də, daha sonra "Günaybank" birləşmədən imtina edib, fəaliyyətini sərbəst davam etdirəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi