Noyabrda banklar depozitlərə görə 30 mln. manat faiz ödəyib

Noyabrda banklar depozitlərə görə 30 mln. manat faiz ödəyib Bu ilin dekabrın 1-nə Azərbaycan banklarının verdikləri kreditlər üzrə faiz xərcləri 536 mln. manat təşkil edib.
Maliyyə
29 Dekabr , 2018 18:00
Noyabrda banklar depozitlərə görə 30 mln. manat faiz ödəyib

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu ilin dekabrın 1-nə Azərbaycan banklarının verdikləri kreditlər üzrə faiz xərcləri 536 mln. manat təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, oktyabrın 31-nə olan göstəricidən 46,7 mln. manat və ya 9,54% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə bank sektorunun faiz gəlirləri 260,1 mln. manat və ya 32,67% azalıb.

Bu ilin noyabrın 30-na bankların depozitlər üzrə faiz xərcləri 349,6 mln. manat təşkil edib ki, bu oktyabrın 31-i ilə müqayisədə 29,6 mln. manat və ya 9,25%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,6 mln. manat və ya 0,17% çoxdur. 

Son xəbərlər

Orphus sistemi