"Bank VTB" Rusiyada uçot dərəcəsinin artırılacağını gözləmir

"Bank VTB" Rusiyada uçot dərəcəsinin artırılacağını gözləmir Bakı. 24 yanvar. REPORT.AZ/ Bank VTB Rusiya Bankının (Mərkəzi Bank) uçot dərəcəsini artıracağını gözləmir.
Maliyyə
24 Yanvar , 2019 14:11
Bank VTB Rusiyada uçot dərəcəsinin artırılacağını gözləmir

Bakı. 24 yanvar. REPORT.AZ/ "Bank VTB" Rusiya Bankının (Mərkəzi Bank) uçot dərəcəsini artıracağını gözləmir. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Bankın İdarə Heyəti sədrinin I müavini Yuriy Solovyev məlumat verib. 

O həmçinin münbit geosiyasi şərtlər daxilində ABŞ dollarının məzənnəsinin 66 rubldan 63 rubla düşəcəyini, yəni ölkənin milli valyutasının cüzi bahalaşacağını istisna etməyib. Sədr müavinin sözlərinə görə, "Bank VTB"nin törəmə şirkəti "VTB Kapital" bu il Rusiyada inflyasiyanın 4,2% olacağını proqnozlaşdırır ki, bu da Mərkəzi Bankın proqnozundan aşağıdır. 

Xatırladaq ki, Rusiya Bankı ötən ilin dekabr ayında uçot dərəcəsini 0,25 faiz bəndi artırraq 7,75%-ə qaldırıb. 

Son xəbərlər

Orphus sistemi