"Bank VTB"-də dövlətin iştirak payı azaldılacaq

"Bank VTB"-də dövlətin iştirak payı azaldılacaq Bank səhmlərinin 10,9%-nin satılması qərara alınıb
Maliyyə
15 Fevral , 2017 13:46
Bank VTB-də dövlətin iştirak payı azaldılacaq

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiyanın "Bank VTB" ASC-nin dövlətə məxsus olan 10,9% səhm paketinin 2020-ci ilə qədər satılacağı bildirilir. 

"Report" "Rambler News Service" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev Federasiya Şurasının iclasında jurnalistlərə verib. 

A.Moiseyev bildirib ki, Bankın 10,9% səhmlərinin satışa çıxarılması qərara alınıb: "Amma bunun neçənci ildə olacağı məlum deyil". Nazir müavini, həmçinin "Bank VTB"-nin dövlətə aid səhm paketinin 2017-ci ildə özəlləşdirilməsi ehtimalının az olduğunu qeyd edib. 

"Sberbank"da dövlət payının 50%-dən aşağı salınması ilə bağlı suala isə Moiseyev "bu barədə hələ bir qərar verilməyib" - deyib.

Son xəbərlər

Orphus sistemi