Yuxarı
    Bağlamaq

    ​Tural Vəliyev: "Bank VTB (Azərbaycan)"da problemli kreditlərin payı cəmi 3%-dir"

    Bankın rublda verdiyi kreditlərin xüsusi çəkisi isə 1-2% təşkil edir

    Bakı. 25 dekabr. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC-nin məcmu kredit portfelində problemli kreditlərin xüsusi çəkisi cəmi 3% təşkil edir. "Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin üzvü Tural Vəliyev bildirib.

    Onun sözlərinə görə, ipoteka kreditləri portfelində bu göstərici 0%, istehlak kreditləşməsində isə 2%-ə bərabərdir.

    Qeyd edək ki, fəaliyyət göstərdiyi 5 il ərzində Bankın kredit portfeli təqribən 18 dəfə artıb. Əgər 2010-cu ildə kredit portfeli 15,2 mln. manat təşkil edirdisə, 2014-cü il dekabrın 1-nə bu göstərici 272 mln. manatı, hazırda isə artıq 286 mln. manatı ötüb. Kredit portfelinin 58,5 mln. manatı korporativ biznes, 228,5 mln. manatı isə pərakəndə biznesin payına düşüb.

    T.Vəliyev əlavə edib ki, Bankın rublda kreditlərin verilməsinə bu ilin sentyabrında başlayıb: "Bunun cəmi kredit portfelində həcmi az olsa da, bəzi tənqidçilərin dediyinin tam əksinə olaraq müştərilərin bu kredit məhsuluna marağı böyük olub. Hazırda rublda verilən kreditlərin məcmu portfeldə payı cəmi 1-2% təşkil edir".

    "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev isə bildirib ki, Bank son hadisələrə qədər, avqust-oktyabr aylarında Azərbaycanda rubl ilə aktiv işləyib və artıq yaxın zamanda rublun stabilləşməsi ilə yenidən bu valyuta ilə əməliyyatların artacağı gözlənilir.

    Eyni zamanda Bankın sədri qeyd edib ki, vaxtında Rusiya rublunda kredit alan müştərilər artıq bunun xeyirini görüblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi