"​Bank VTB (Azərbaycan)" yeni depozit aksiyasına başlayıb

"​Bank VTB (Azərbaycan)" yeni depozit aksiyasına başlayıb "​Bank VTB (Azərbaycan)"dan “Uduşlu hesab” yeni depozit aksiyası avtomobil qazanmağa imkan verir
Maliyyə
16 İyul , 2015 18:07
​Bank VTB (Azərbaycan) yeni depozit aksiyasına başlayıb

Bakı. 16 iyul. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC “Uduşlu hesab” adlı yeni depozit aksiyasına başlayıb. Yeni aksiya həm əmanət üzrə gəlir əldə etməyə, həm də lotereya iştirakçısı olmağa imkan verir.

"Report"un banka istinadən verdiyi xəbərə görə, aksiya çərçivəsində “Sərfəli” depoziti üzrə manatla əmanət yerləşdirən müştərilər avtomobil "Chevrolet Cruze", turistik səfərlər, ev kinoteatrları, "Iphone 6" mobil telefonları, "Ipad Air 2" planşetləri və digər hədiyyələrə sahib olmaq şansı qazanacaq.

Lotereya qalibləri sentyabrın 15-də bankın baş ofisində lototron vasitəsilə müəyyənləşəcək.

“Uduşlu hesab” aksiyası hətta qısa müddətə yerləşdirilən depozit üzrə yüksək gəlir əldə etməyi nəzərdə tutur və “Sərfəli” əmanəti üzrə maksimal faiz dərəcəsi 16%-dək artır.

Aksiya şərtlərinə əsasən, 30 gün müddətinə “Sərfəli” əmanət üzrə faiz dərəcəsi illik 12%, 90 gün müddətinə yerləşdirilən əmanət üzrə faiz dərəcəsi aylıq ödəniş olduğu halda 13%, faizlər müddətin sonunda ödənildikdə isə 14%, 6 ay müddətinə yerləşdirildikdə və faizlə müddətin sonunda ödənildikdə maksimal faiz dərəcəsi 16%, aylıq ödənişdə isə 15% təşkil edir. Depozit 1 illik olduqda faizlərin ödənilməsi şərtindən asılı olaraq əmanət üzrə faiz dərəcəsi 13-14% olacaq. 

Depozitin minimal məbləği 1 000 manatdır.

Son xəbərlər

Orphus sistemi