“Bank VTB (Azerbaijan)” tender keçirir

“Bank VTB (Azerbaijan)” tender keçirir Bank dəftərxana ləvazimatları almaq istəyir
Maliyyə
24 Fevral , 2017 14:30
“Bank VTB (Azerbaijan)” tender keçirir

Bakı. 24 fevral. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC dəftərxana ləvazimatlarının satın alınması ilə əlaqədar açıq tender elan edib.

Bu barədə “Report”a bandkan bildirilib.

Məlumata görə, iddiaçılar tender təkliflərini martın 3-nə qədər “Bank VTB (Azerbaijan)”ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Rüfət Sultanovdur.

Təkliflərin qiymətləndirilməsində əm səmərəli və texniki şərtlər baxımdan keyfiyyətli olana üstünlük veriləcək.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə adı çəkilən holdinqin Müşahidə Şurası sədrinin birinci müavini Əşrəf Kamilova məxsusdur.

Son xəbərlər

Orphus sistemi