"Bank VTB (Azerbaijan)" rublda ipoteka kreditləşməsinə başlayır

"Bank VTB (Azerbaijan)" rublda ipoteka kreditləşməsinə başlayır Hazırda bununla bağlı Rusiyadakı baş ofislə müzakirələr aparılır
Maliyyə
9 İyun , 2016 17:18
Bank VTB (Azerbaijan) rublda ipoteka kreditləşməsinə başlayır

Bakı. 9 iyun. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC artıq yaxın aylar ərzində Rusiya rublunda ifadə olunan ipoteka kreditləşməsini istifadəyə verə bilər. "Report"un verdiyi xəbərə görə, bunu Bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib: "Hazırda rublda ipoteka kreditləşməsi ilə bağlı məsələlər müzakirə olunur və artıq yaxın aylarda bu, istifadəyə verilə bilər".

"Rublda ipoteka kreditlərinin verilməsi proqramı müzakirə olunur. Bunu satışla bağlı ciddi problem yaşayan tikinti şirkətləri ilə danışdıq. Çünki satış və qiymət də aşağı düşüb", - deyə Y.Yakovlev qeyd edib.

"Hazırda bu proqramı Rusiyadakı baş ofislə müzakirə edirik. Bu proqramdan Bakıda daşınmaz əmlak almaq istəyən Rusiyada yaşayan azərbaycanlılar istifadə edə biləcəklər. Çünki onların gəlirləri rubldadır və krediti də onlar ödəyəcəklər. Biz isə girov agenti rolunda çıxış edəcəyik. Bu da burada daşınmaz əmlak bazarını stimullaşdırmaq üçündür. Yaxın bir neçə ayda bu proqramı işə salacağıq", - eyə Bankın sədri əlavə edib.

Son xəbərlər

Orphus sistemi