"Bank VTB (Azerbaijan)" paket sığorta məhsullarının siyahısını genişləndirir

"Bank VTB (Azerbaijan)" paket sığorta məhsullarının siyahısını genişləndirir “Daşınmaz əmlakın sığortası” xidmətinin şərtləri də dəyişdirilib
Maliyyə
8 Dekabr , 2016 17:32
Bank VTB (Azerbaijan) paket sığorta məhsullarının siyahısını genişləndirir

Bakı. 8 dekabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC “KASKO avtomobil sığortası” xidməti çərçivəsində bazara “KASKO - İlk Zərər” adlı məhsulunu çıxarıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bu məhsulun şərtlərinə əsasən, avtomobil yalnız yol-nəqliyyat hadisəsindən sığortalanır və təminat yalnız birinci hadisə üzrə verilir. “KASKO - İlk Zərər” məhsulunun qiyməti şərtlərdən asılı olaraq 70 manat və 140 manat təşkil edir. Beləliklə, bu məhsul sayəsində müştəri kiçik məbləğdə sığorta haqqı ödəməklə sığorta təminatı almaq imkanına malikdir.

Bundan başqa, “Daşınmaz əmlakın sığortası” xidmətinin şərtləri də dəyişdirilib. İndi sığorta təminatını Sumqayıt, Gəncə, Naxçıvan və Azərbaycanın digər bölgələrindəki daşınmaz əmlaka görə də almaq olar. Məhsulun qiyməti regiondan asılı olaraq 48-70 manat təşkil edir.

Hər bir sığorta məhsulunun müddəti 1 ildir. Sığorta polisinin alınması və rəsmiləşdirilməsi "Bank VTB (Azerbaijan)"ın filiallarında həyata keçirilir və əlavə olaraq sığorta şirkətinə müraciət tələb olunmur.

“KASKO - İlk Zərər” məhsulu almaq üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Daşınmaz əmlakın sığortası zamanı şəxsiyyət vəsiqəsi ilə birgə əmlak sahibliyini təsdiq edən sənəd təqdim edilməlidir.

Beləliklə, hazırda "Bank VTB (Azerbaijan)"da bütün əsas risklər üzrə kompensasiya təklif edən “KASKO avtomobil sığortası”, “KASKO - İlk Zərər”, “Daşınmaz əmlakın sığortası” və “Bədbəxt hadisələrdən sığorta” kimi məhsullar təqdim edilir.

Son xəbərlər

Orphus sistemi