"Bank VTB (Azerbaijan)"nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

"Bank VTB (Azerbaijan)"nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək Tədbir bankın baş ofisində keçiriləcək
Maliyyə
17 Mart , 2016 12:08
Bank VTB (Azerbaijan)nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

Bakı. 17 mart. REPORT.AZ/ Aprelin 29-da ""Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report"un banka istinadən verdiyi xəbərə görə, tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq. İclasın gündəliyinə bankın səhmdarlarının növbədənkənar Ümumı Yığıncağının katibinin seçilməsi, Müşahidə Şurasının tərkibi haqqında məsələlər daxildir.

"Bank VTB (Azerbaijan)" ASC VTB Bank ASC-nin törəmə bankıdır. "Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarları "VTB Bank" ASC və “AtaHolding” ASC-dir. Bank korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi