“Bank VTB (Azerbaijan)” maliyyə göstəricilərini açıqlayıb

“Bank VTB (Azerbaijan)” maliyyə göstəricilərini açıqlayıb Bakı. 31 yanvar. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-nin cəmi aktivləri illik müqayisədə 2,9 dəfə azalaraq 2019-cu il yanvarın 1-nə 135 307 min manat təşkil edib.
Maliyyə
31 Yanvar , 2019 15:20
“Bank VTB (Azerbaijan)” maliyyə göstəricilərini açıqlayıb

Bakı. 31 yanvar. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-nin cəmi aktivləri illik müqayisədə 2,9 dəfə azalaraq 2019-cu il yanvarın 1-nə 135 307 min manat təşkil edib.

“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə kredit portfeli (məqsədli ehtiyatlar çıxılmaqla) illik 5,7 dəfə azalaraq bu il yanvarın 1-nə 49 402 min manata enib. Cəmi öhdəliklər illik 4,5 dəfə azalaraq 80 337 min manat olub. Buna baxmayaraq, depozitlər (bankların və digər maliyyə müəssisələrinin depozitləri istisna olmaqla) illik 24,7% artaraq 58 724 min manata yüksəlib. 2018-ci ilin sonuna bankın nizamnamə kapitalı 315 815 min manat, cəmi kapitalı 54 970 min manat təşkil edib.

Bank 2018-ci il ərzində 250 478 min manat zərər edib. Xatırladaq ki, 2017-ci ildə isə bank 4 753 min manat xalis mənfəətlə işləyib. 2018-ci ildə bankın faiz gəlirləri 7 806 min manat, faiz xərcləri 8 615 min manat, qeyri-faiz gəliri (-5 524 min) manat, qeyri-faiz xərci 24 577 min təşkil edib.

Son xəbərlər

Orphus sistemi