Yuxarı
    Bağlamaq

    “Bank VTB (Azerbaijan)” korporativ müştərilər üçün əmanət şərtlərini dəyişib

    Manat əmanətləri üçün illik gəlirlilik 13%, dollarda olanlar üçün 3% təşkil edir

    Bakı. 27 iyul. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC korporativ müştərilər üçün nəzərdə tutulan “Klassik” əmanət üzrə şərtləri yeniləyib. Depozit üzrə minimal məbləğ 50 min manatdan (və ya 50 min dollar) 30 min manatadək (və ya 30 min dollaradək) endirilib.

    “Report” bu barədə Banka istinadən xəbər verir.

    Manatla olan əmanətlər üçün illik faiz dərəcəsi 13%, dollarda olanlar üçün 3% təşkil edir.

    Əmanətin faiz dərəcəsi həmçinin məbləğdən asılı olaraq dəyişir. Əgər məbləğ 100 min manat (və ya 100 min dolları) keçmirsə, müddətdən və faizlərin ödənilməsi şərtlərindən asılı olaraq manat depozitləri üçün faiz dərəcəsi 4,9%-dən 11%-dək, dollar depozitləri üçün isə 2,5%-dək dəyişir.

    Əmanət məbləği 100-300 min manat (və ya dollar) olduğu halda, faiz dərəcələri milli valyutada olan depozitlər üzrə 12%-dək, dollarda olan əmanətlər üzrə isə 3%-dək arta bilər. 300 min manatdan artıq vəsait yerləşdirildiyi halda isə gəlirlilik 13%-dək, dollarda olan əmanətlərdə 3% olacaq.

    Qeyd edək ki, “Klassik” əmanəti 3, 6 və 12 ay müddətinə yerləşdirilə bilər. Faizlər rüblük və ya depozit müddətinin sonunda ödənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi