“Bank VTB (Azerbaijan)”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Bank VTB (Azerbaijan)”ın səhmdarlarının yığıncağı keçiriləcək Yığıncağın gündəliyinə Bankın Müşahidə Şurasının tərkibi, eləcə də cari sövdələşmələr haqqında məsələlər daxildir
Maliyyə
21 İyul , 2017 10:47
“Bank VTB (Azerbaijan)”ın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 21 iyul. REPORT.AZ/ Avqustun 28-də, saat 11:00-da “Bank VTB (Azerbaijan)” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, yığıncaq “Bank VTB (Azerbaijan)”ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 38 ünvanında olacaq. Yığıncağın gündəliyinə Bankın Müşahidə Şurasının tərkibi, eləcə də cari sövdələşmələr haqqında məsələlər daxildir.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə Adıgözəl Ağayevə ("AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi