"Bank VTB (Azerbaijan)" ilk yarımilliyi mənfəətlə başa vurub

"Bank VTB (Azerbaijan)" ilk yarımilliyi mənfəətlə başa vurub Birinci və ikinci dərəcəli kapital adekvatlığı göstəriciləri 29,71% və 50,38% təşkil edib
Maliyyə
21 İyul , 2017 16:21
Bank VTB (Azerbaijan) ilk yarımilliyi mənfəətlə başa vurub

Bakı. 21 iyul. REPORT.AZ/ Cari ilin birinci yarısının nəticələrinə əsasən, "Bank VTB (Azerbaijan)" ASC-nin mənfəəti 3 mln. manatı keçib. Cari ilin iyulun 1-nə Bankın aktivləri təqribən 405 mln. manat, öhdəlikləri isə 366 mln. manat olub.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, öhdəliklərin təqribən yarısını – 177,5 mln. manatını depozitlər təşkil edib. İkinci rübün sonuna Bankın kredit portfeli 323 mln. manatı ötüb ki, bu məbləğin də 200 mln. manatı hüquqi şəxslərin və sahibkarların payına düşüb.

Hesabat dövründə "Bank VTB (Azerbaijan)"ın məcmu kapitalı 50,9 mln. manat olub ki, bu da Azərbaycan Mərkəzi Bankının kommersiya banklarının kapitalına dair tələblərə tam cavab verir. Birinci və ikinci dərəcəli kapital adekvatlığı ilə bağlı tələblər 5% və 10% olduğu halda, faktiki göstəricilər müvafiq olaraq 29,71% və 50,38% təşkil edib.

Son xəbərlər

Orphus sistemi