"Bank VTB (Azerbaijan)" yeni xidmətini istifadəyə verib

"Bank VTB (Azerbaijan)" yeni xidmətini istifadəyə verib Xidmətin minimal müddəti 1 gün, maksimal - 12 aydır
Maliyyə
1 Noyabr , 2016 16:01
Bank VTB (Azerbaijan) yeni xidmətini istifadəyə verib

Bakı. 1 noyabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC yeni “Fərdi bank seyfləri” məhsulu ilə qiymətli əşyaların qorunmasını təklif edir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, müştərilər pulların, qiymətli kağızların, sənədlərin, zinət və qanunvericiliklə qadağan olunmayan digər əşyaların saxlanılması üçün müxtəlif ölçülü seyf qutularını icarəyə götürə bilər. İcarə müddəti 1 gündən başlayır, maksimal müddət isə 12 aydır.

"Bank, seyflərin tam toxunulmazlığı və mühafizəsinə zəmanət verir. Fərdi seyf qutusunda saxlanan dəyərli əşyaların təhlükəsizliyi “iki açar prinsipi” ilə (bankın açarı və müştərinin açarı) maksimal dərəcədə təmin olunur. Seyfin açarı icarəçidə və ya onun səlahiyyətli nümayəndəsində olur. Müştəri seyfdən istifadə etmək hüququnu öz nümayəndəsinə notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında verir", - deyə məlumatda qeyd olunub.

Müştərilər seyfi "Bank VTB (Azerbaijan)"ın yeni “Elmlər” filialında (H.Cavid prospekti,32) icarəyə götürə bilərlər.

Son xəbərlər

Orphus sistemi