"Bank Techniquе" yenidən "Zolotaya korona" sisteminə qoşulub

"Bank Techniquе" yenidən "Zolotaya korona" sisteminə qoşulub "Bank Techniquе"də "Zolotaya korona" sistemi üzrə təcili pul köçürmələrinə start verilib
Maliyyə
10 Noyabr , 2015 18:58
Bank Techniquе yenidən Zolotaya korona sisteminə qoşulub

Bakı. 10 noyabr. REPORT.AZ/ “Bank Techniquе” ASC-də “Zolotaya korona” sistemi üzrə təcili pul köçürmələrinə start verilib."Report"un banka istinadən verdiyi xəbərə görə, 20-yə yaxın MDB, yaxın və uzaq xarici ölkələri əhatə edən sistem vasitəsilə xidmətlər Bankın bütün filial və şöbələrində göstərilir. Müştərilər vəsaitləri iki valyutada - dollar və rublda göndərə və ala bilərlər. Tariflər - 1%-dən (məbləğdən və istiqamətdən asılı olaraq) başlayır, köçürmələr isə ünvansız və hesab açılmadan həyata keçirilir.

“Korporativ biznes sektoru ilə yanaşı, fərdi müştərilər sektorunu dinamik inkişaf etdirmək niyyətindəyik”, - deyə “Bank Technique”in Biznesin inkişafı Departamentinin direktor müavini Fərid Babayev deyib.

“MDB ölkələrində pul köçürmələri ən tələb olunan məhsuldur. Əməkdaşlıq etdiyimiz banklarla birgə “Zolotaya Korona” servisini maksimal dərəcədə rahat, sürətli və əlçatan etməyə çalışırıq. “Bank Technique” ilə əməkdaşlıq nəticəsində daha çox sayda respublika sakinləri müasir maliyyə xidmətindən istifadə edə biləcək”, - deyə “Zolotaya Korona” servisinin direktoru İvan Sitnov qeyd edib.

Son xəbərlər

Orphus sistemi