"Bank Technique"in müştərilərinin sayı 4% artıb

"Bank Technique"in müştərilərinin sayı 4% artıb Artım həm fiziki, həm də hüquqi şəxslərin sayında qeydə alınıb
Maliyyə
4 İyun , 2015 16:00
Bank Techniquein müştərilərinin sayı 4% artıb

Bakı. 4 iyun. REPORT.AZ/ “Bank Technique” ASC-nin müştərilərinin sayı 2015-ci il ərzində təxminən 4% artaraq mayın 1-nə tarixinə 104 580 şəxs olub. 

"Report"un banka istinadən verdiyi xəbərə görə, artım həm fiziki, həm də hüquqi şəxslər üzrə qeydə alınıb. Hazırda fiziki şəxs olan müştərilərin sayı 97 mini üstələyir, hüquqi şəxslərin sayı isə 7,5 minə yaxınlaşır.

Bankdan qeyd ediblər ki, bu göstəricinin artımına innovativ məsafəli bankçılıq xidmətlərinin istifadəyə verilməsi, həmçinin əmanət faizlərinin yüksəldilməsi qərarı təsir göstərib.

Qeyd edək ki, 1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” ASC, 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi rebrendinq nəticəsində innovativ və qabaqcıl bank imicini yarada bilib. 

Hazırda “Bank Technique”in filial və şöbələri Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi