“Bank Standard”la bağlı AMB, MBNP və ADIF barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediləcək

“Bank Standard”la bağlı AMB, MBNP və ADIF barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediləcək "Bank Standard"ın Kreditorlar Komitəsinin bugünkü iclası başa çatıb
Maliyyə
20 Oktyabr , 2017 17:19
“Bank Standard”la bağlı AMB, MBNP və ADIF barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediləcək
Report

Bakı. 20 oktyabr. REPORT.AZ/ Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin iclası artıq başa çatıb.

“Report”un məlumatına görə, iclasın yekununda növbəti iclasın vaxtı müəyyən edilməyib.

“Növbəti iclasın vaxtını kreditorlarla görüşməyə söz vermiş Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev müəyyən edəcək. Bizim indi müəyyən etdiyimiz vaxt onun qrafiki ilə üst-üstə düşməyə, görüşümüz baş tutmaya bilər. Odur ki, növbəti iclasın vaxtını o desin”, - deyə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov bildirib.

Bundan başqa, o qeyd edib ki, “Bank Standard”la bağlı lazımi məlumatların təqdim edilməməsinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), eləcə də ADIF barədə Bakı Apellyasiya Məhkəməsində vəsatətlər qaldırılacaq: “Kreditorlar Komitəsinə ümumi cavablar verilir, bundan şikayət ediləcək”.

Son xəbərlər

Orphus sistemi